Misli Premyer Liqasının ilk hissəsini lider kimi başa vuran "Sabah" bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.
Offsideplus.az xəbər verir ki, onların rəqibi Ayxan Abbasovun çalışdırdığı "Şamaxı" olacaq.
"Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək.
Qeyd edək ki, "Sabah" 16 turdan sonra 37 xalla çempionatda liderdir. "Şamaxı" 20 xalla yeddinci pillədə qərarlaşıb.