Naxçıvan, 11 yanvar, AZƏRTAC
Naxçıvan şəhərində səhər saatlarından qatı duman müşahidə olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, duman görmə məsafəsini qısaltdığı üçün avtomobil və piyadaların hərəkətində çətinliklər yaradır.
Mövcud hava şəraiti yol hərəkəti iştirakçıları üçün gediş-gəliş zamanı nişanlara uyğun daha diqqətli və məsuliyyətli olmağı zəruri edir.