İtaliyanın "Roma" klubu kapitanı Brayan Kristantenin müqaviləsinin müddətini uzadacaq.
Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun yeni sözləşməsi 2029-cu ilin yayınadək nəzərdə tutulacaq.
Tərəflər artıq razılığa gəliblər və qərar tezliklə açıqlanacaq.
Yarımmüdafiəçi cari mövsüm 23 matçda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Brayan Kristante 2019-cu ildən "Roma"da çıxış edir.
“Qalatasaray” mükafatlandırılma mərasimindən imtina etdi - Şüarlara görə
Türkiyə Superkuboku: “Fənərbaxça” çempion - YENİLƏNİB
"Liverpul" macarıstanlı yarımmüdafiəçi ilə anlaşdı
Ruben Amorim “Benfika”nın baş məşqçi postuna namizəddir
"Liverpul"dan antirekord