AZ

Putin də Maduro kimi həbs ediləcək? Britaniyalı nazir açıqladı

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Rusiya Prezidenti Vladimir Putinin Venesuela lideri Nikolas Maduro kimi “oğurlanmasının” tərəfdarıyam”.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Heli deyib.

Belə ki, nazir jurnalistin “Hansı dünya liderini ələ keçirmək istəyərdiniz” sualına belə cavab verib:

“Putini həbs edib müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək istəyərdim”.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Vladimir Putini ələ keçirmək üçün əməliyyat keçirməyəcəyini bildirmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
globalinfo.az

1Mənbələr