BAKI, 11 yanvar. TELEQRAF
Bu gün İspaniya Superkubokunun finalında “El Klasiko” baş tutacaq.
Teleqraf xəbər verir ki, həlledici qarşılaşmada “Real Madrid” və “Barselona” üz-üzə gələcəklər.
Final görüşü Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “Kral Abdulla” stadionunda keçiriləcək.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.