AZ

Daha bir əfsanəvi musiqiçi HƏYATLA VİDALAŞDI

ABŞ-ın məşhur "Grateful Dead" qrupunun gitaristi və həmtəsisçilərindən biri Bob Veyr 78 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "NBC News" musiqiçinin rəsmi saytında yayımlanan açıqlamaya istinadla məlumat yayıb.

Bildirilib ki, ötən ilin yayında Bob Veyrə onkoloji xəstəlik diaqnozu qoyulub və o, bu xəstəliklə mübarizə aparmağı bacarıb. Lakin musiqiçinin ölümünə ağciyərlərlə bağlı yaranan fəsadlar səbəb olub. Qeyd olunub ki, Veyr yaxınlarının əhatəsində sakit şəkildə dünyasını dəyişib.

60 ildən artıq davam edən yaradıcılıq karyerası ərzində Bob Veyr minlərlə konsert verib və təxminən on müxtəlif musiqi kollektivinin tərkibində çıxış edib. Uzun müddət qrupun lideri Cerri Qarsiyanın kölgəsində qalsa da, zamanla "Veyr Grateful Dead" yaradıcılığından formalaşan “cem-bənd” janrının əsas simalarından birinə çevrilib.

Bob Veyr 1947-ci ildə San-Fransiskoda anadan olub və yeniyetmə yaşlarından folk musiqisinə maraq göstərib. Onun taleyində həlledici rol oynayan hadisə 1963-cü ilin yeni il ərəfəsində Palo-Alto şəhərində musiqi mağazasında Cerri Qarsiya ilə tanışlığı olub. Məhz bu görüş sonradan təkcə musiqi qrupu deyil, həm də kontrkultura hərəkatının bir hissəsinə çevrilən Grateful Dead kollektivinin əsasını qoyub.

Seçilən
99
publika.az

1Mənbələr