Bakı. Trend:
Taylandın cənubundakı silahlılar PTT neft və qaz şirkətinəməxsus 11 yanacaqdoldurma məntəqəsində partlayıcı qurğularpartladıb və yanğın törədiblər.
Trend-in məlumatına görə, bu barədə "One 31" televiziya kanalıxəbər verib.
Məlumata əsasən, yanvarın 11-də Narathiwat, Pattani və Yalaəyalətlərində bir sıra koordinasiyalı partlayışlar və yanğınlar başverib. Bir polis əməkdaşının yaralandığı məlumdur. Təcili yardımxidmətləri hücumların nəticələrinin aradan qaldırılmasına başlayıbvə təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinəgətirilib.