Moskva-İrəvan reysinin göyərtəsində yanğın baş verib. “Shot” Telegram kanalının məlumatına görə, “FlyOne Armenia” şirkətinin 3F324 reysi İrəvana yaxınlaşarkən sərnişinlərdən birinin əl çantası alovlanıb.
Şahidlərin sözlərinə görə, stüardessalar alovu söndürmək üçün üç yanğınsöndürəndən istifadə edərək yanğını spndürüblər.
İlkin məlumatlara görə, çantadakı enerji bloku alovlanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Təyyarə təhlükəsiz şəkildə Ermənistan paytaxtına eniş edib.
NAHİD