ABŞ ordusu tərəfindən ötən ilin dekabr ayının sonlarında Nigeriyadakı İŞİD hədəflərinə atılan 16 "Tomahawk" raketindən dördü, ehtimal ki, partlamayıb.
Publika.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti Nigeriya rəsmilərinə istinad məlumat yayıb.
Partlamamış raketlərdən biri Jabo kəndindəki soğan tarlasına, digəri isə Offa şəhərindəki yaşayış binalarına düşüb. Digəri Offa yaxınlığındakı əkin sahəsinə düşüb, dördüncüsü isə Nigeriya polisi tərəfindən Zugurma yaxınlığındakı meşədə aşkar edilib.
Nigeriyalı və Qərb analitiklərinin fikrincə, zərbələrin İŞİD-in yüksək vəzifəli üzvlərini hədəf alması ehtimalı azdır. Çox güman ki, ABŞ hava hücumları Lakurava qrupunun aşağı rütbəli yaraqlılarını hədəf alıb.