Bakı. Trend:
Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Qrenlandiyanıilhaq etmək planlarından əl çəkməməsi halında, Amerika şirkətlərinəqarşı sanksiyalar tətbiq etmək planları hazırlayır.
Trend-in məlumatına görə, bu barədə "The Sunday Telegraph"qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, Amerikanın texnologiya nəhəngləri Meta, Googlevə Microsoft məhdudlaşdırıcı tədbirlərə məruz qala bilər.
Bundan əlavə, Brüssel "X" sosial şəbəkəsinin işini məhdudlaşdıravə ABŞ-dan olan banklara və maliyyə firmalarına məhdudiyyətlərtətbiq edə bilər.