Hazırda İranın paytaxtı Tehran da daxil olmaqla bir neçə şəhərdə küçələrə çıxan insanlar hökumət əleyhinə şüarlar səsləndirir, etiraz aksiyaları keçirilirlər.
Musavat.com xəbər verir ki, ən son məlumatlara görə, Tehranın mərkəzində etirazçılar tərəfindən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı Qasım Süleymaninin plakatı yandırılıb.
Hadisə zamanı ərazidə təhlükəsizlik qüvvələrinin müdaxiləsi müşahidə olunsa da, etirazçılar bir müddət ərazini tərk etməyiblər.
Sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir.
Eyni zamanda, Mazandaran əyalətinin Babol şəhərində vəziyyət daha da gərginləşib. Yerli mənbələrin bildirdiyinə görə, etirazçılar polis binasına hücum edərək saxlanılan şəxsləri azad ediblər.
Hadisə zamanı bina ətrafında toqquşmalar baş verib, bir neçə polis əməkdaşının yaralandığı iddia olunur.