AZ

Mask Avropa ölkəsini "həbsxana adası" adlandırdı

Amerikalı sahibkar İlon Mask Böyük Britaniyanın siyasətini sərt şəkildə tənqid edərək, ölkəni “həbsxana adası” ilə müqayisə edib.

Publika.az xəbər verir ki, Maskın bu açıqlaması sosial şəbəkələrdə paylaşılan fikirlərə görə həyata keçirilən kütləvi həbslərlə bağlı yayımlanan məlumatlara reaksiya kimi səsləndirilib.

KİV-in yaydığı məlumata əsasən, 2023-cü il ərzində Böyük Britaniyada internetdə yazılan şərhlərə görə 12 mindən çox insan saxlanılıb.

Bildirilir ki, saxlanılanların əksəriyyəti miqrantlar əleyhinə tənqid və ya təhqir xarakterli paylaşımlarla bağlı olub.

Seçilən
60
publika.az

1Mənbələr