AZ

“Liverpul”dan “Qarabağ” üçün...

Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda baş tutacaq “Liverpul” - “Qarabağ” oyununda azarkeşlər üçün ayrılan yerlərin sayı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, “köhlən atlar”ın azarkeşləri üçün 1250 yer nəzərdə tutulub.

Çempionlar Liqasının əsas mərhələsinin - səkkizinci turunda “Liverpul” - “Qarabağ” qarşılaşması baş tutacaq.

Oyun 28 yanvar tarixində İngiltərənin Liverpul şəhərində, “Liverpul”un 1892-ci ildən ev sahibi olduğu “Enfild” stadionunda keçiriləcək. Arenanın tutumu 61 276 tamaşaçı təşkil edir.

Seçilən
63
sportinfo.az

1Mənbələr