BAKI, 11 yanvar. TELEQRAF
Amerikalı iş adamı İlon Mask sosial şəbəkələrdəki paylaşımlara görə çoxsaylı həbslərin aparılması fonunda Böyük Britaniya hökumətini faşist olmaqda ittiham edib.
Teleqraf xəbər verir ki, İlon Mask bu fikri “X” sosial şəbəkəsində yayımlanan statistika ilə bağlı paylaşımı şərh edərkən səsləndirib.
Belə ki, adıçəkilən platformanın istifadəçilərindən biri Böyük Britaniyada sosial şəbəkələrdə yazılan şərhlərə görə guya 12,2 mindən çox şəxsin saxlanıldığına dair məlumat paylaşıb. Bununla belə, dərc olunan statistikada məlumatın mənbəyi və toplanma dövrü göstərilməyib.
İlon Mask həmin paylaşmaya reaksiya verərək “Böyük Britaniya hökuməti niyə bu qədər faşistdir?” sualını ünvanlayıb.