İranda bir neçə gündür davam edən etirazlar fonunda bu gecə Təbriz şəhərində yenidən aksiyalar başlayıb, şəhər faktiki olaraq ayağa qalxıb.
Musavat.com xəbər verir ki, paytaxt və digər bölgələrdəki son hadisələrə etiraz olaraq Təbrizdə kütləvi toplaşmalar qeydə alınıb və aksiyalar sürətlə genişlənir.
Məlumatlara görə, etirazçılar gecə saatlarında şəhərin müxtəlif hissələrində bir araya gəlib, şüarlar səsləndirərək küçələrdə yürüş ediblər. Gərginlik fonunda təhlükəsizlik qüvvələrinin hərəkətliliyi artıb, şəhərdə vəziyyət dəyişkən olaraq qalır.
Bildirilir ki, baş verənlər İran üzrə son günlər müşahidə edilən ümumi etiraz dalğasının tərkib hissəsidir və Təbrizdə aksiyaların başlaması prosesin yeni mərhələyə keçdiyini göstərir.
Musavat.com