AZ

“Biz iddiamızdan əl çəkmirik, çempion olmaq üçün sonadək vuruşacağıq”

"Qarabağ" komandası Premyer Liqada çempion olmaq üçün sonadək vuruşacaq.

Sportinfo.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşmaları barədə danışıb:

"Məndə həmişə narahatlıq olub. Çempionatdakı komandaların istəkləri, həvəsləri çoxdur.

Hər birinin beynəlxalq uğuruna sevinirik. Biz iddiamızdan əl çəkmirik.

Çempion olmaq üçün sonadək vuruşacağıq. Hər il çempion olmalısan deyə qanun yoxdur.

İstənilən turnirdə lider və qalib dəyişə bilir. Hansısa klub çempion olmursa, iddiasından əl çəkmir.

Premyer Liqa gərgin keçir, iddialı və gələcəyi planlaşdıran rəqiblər var".

Seçilən
48
sportinfo.az

1Mənbələr