AZ

Amorimin gedişindən sonra “Mançester Yunayted”in hücumçusunun “Roma”ya keçidi təxirə düşüb

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkzeenin qış transfer pəncərəsində “Roma”ya transferi baş məşqçi Ruben Amorimin vəzifəsindən kənarlaşdırılmasından sonra baş tutmayıb.

İdman.Biz bu barədə “The Sun” qəzetinə istinadən məlumat verir.

“Mançester Yunayted”in oyunçu ilə bağlı mövqeyini dəyişdiyi və onun gediş planlarını təxirə saldığı bildirilir.

Daha əvvəl hücumçunun “Roma”ya qoşulmaqda maraqlı olduğunu və Roma klubunun təqdim etdiyi layihədən təsirləndiyi bildirilirdi.

Zirkzeenin İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir. Bu mövsüm Zirkzee Premyer Liqada 10 oyun keçirib və bir qol vurub. Transfermarkt-ın məlumatına görə, onun dəyəri 25 milyon avrodur.

İdman.Biz
Seçilən
57
1
idman.biz

2Mənbələr