AZ

Avstriyadan İrana sərt xəbərdarlıq: Ağlınıza belə gətirməyin!

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avstriyanın xarici işlər naziri İran rəsmilərinə dinc etirazçılara qarşı zorakılığa görə məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Beate Maynıl-Rayzinger X hesabında paylaşım edib.

"İran hakimiyyətinin dinc etirazçılara qarşı istifadə etdiyi qəddar zorakılığı ən sərt şəkildə pisləyirəm. Avstriya bu vəziyyətdən aydın nəticələr çıxarır. İnsan haqlarını pozan və məsuliyyətdən yayınmağa çalışan rejimlə əlaqəli şəxslər ölkəmizdə sığınacaq tapmayacaqlar. Burada sığınacaq axtarmağı ağlınıza belə gətirməyin”, - o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
axar.az

1Mənbələr