AZ

Karateçimiz Tbilisidə keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb

Dünya Karate Federasiyasının (WKF) Tbilisidə idman karatesi üzrə təşkil etdiyi “Karate 1 Series A” beynəlxalq turniri baş tutub.

Apasport.az xəbər verir ki, Azərbaycanı bu yarışda milli komandamızın üzvü Mədinə Sadıqova təmsil edib.

Qadınlar arasında 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız turnir ərzində bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə iranlı rəqibi ilə qarşılaşan Sadıqova mübarizəni ikinci pillədə başa vuraraq gümüş medal qazanıb.

Qeyd edək ki, turnirdə dünyanın 70-dən çox ölkəsindən 1200-ə yaxın karateçi iştirak edib.

İrina Zaretska: "Məni heç nə və heç kim dayandıra bilməz"

Karateçimiz dünya çempionatında bürünc medal qazanıb

İdmançımız dünya çempionatında medal qazanıb

Azərbaycan millisi Qahirəyə yollanıb

Bakıda “Yüksələn Ulduzlar” ənənəvi Fudokan karate turniri keçirilib - FOTO

Seçilən
56
1
apasport.az

2Mənbələr