BAKI, 10 yanvar. TELEQRAF
İsrail Qəzza zolağında yeni hərbi əməliyyat başlada bilər.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Əməliyyata səbəb kimi, Qəzzanın bir hissəsinə hələ də nəzarət edən HƏMAS-ın mövqelərini möhkəmləndirməsi göstərilir.
Nəşr qeyd edir ki, HƏMAS nümayəndələri qalan ağır silahlardan imtina etməyə razıdırlar, lakin sayının 60.000 ədəd olduğu təxmin edilən kiçik silahları təhvil vermək niyyətində deyillər.
Hərəkat atəşkəsdən sonra maliyyə vəziyyətini də gücləndirib və üzvlərinə müntəzəm ödənişləri bərpa edib.
Mənbələrə görə, əgər HƏMAS könüllü olaraq silahlarını təslim etməsə, İsrail tərəfi hərəkatı buna məcbur edəcək.