Bakı. Trend:
Serbiya Daxili İşlər Nazirliyi ölkənin bəzi yerlərində güclü qaryağışı səbəbindən əhaliyə kömək etmək üçün fövqəladə hallarsektorunun bütün resurslarını səfərbər edib.
Trend-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətibildirib.
Məlumata əsasən, Serbiyanın Baş naziri Djuro Matsuta və Daxiliİşlər naziri İvitsa Daçiçin əmri ilə bütün mövcud fövqəladə hallarüçün ehtiyatlar "əhalinin prioritetlərinə və ehtiyaclarına uyğunolaraq yerli olaraq yerləşdirilib".
Qar yağışı səbəbindən ölkə daxilində doqquz şəhər və bələdiyyədəfövqəladə vəziyyət elan edilib. Bunlara Loznitsa, Valyevo, Oseçina,Mali Zvornik, Krupanj, Vladimirçi, Majdanek, Sjenitsa və Priyepolyebələdiyyəsinin ərazisinin bir hissəsi daxildir.