AZ

Potensial hədəflər müəyyən edildi

ABŞ rəsmiləri prezident Donald Trampın bu cür təhdidləri fonunda potensial hədəflər də daxil olmaqla, İrana qarşı mümkün hücum planlarını müzakirə ediblər.

Publika.az xəbər verir ki, “The Wall Street Journal” qəzeti rəsmilərə istinadla məlumat yayıb.

Qeyd edilib ki, nəzərdən keçirilən variantlardan biri İrandakı bir sıra hərbi hədəflərə qarşı genişmiqyaslı seriyalı hava hücumlarıdır.

Nəşrin mənbələrindən biri iddia edib ki, bu müzakirələr standart planlaşdırma çərçivəsində aparılır və zərbələrin həqiqətən həyata keçiriləcəyinə dair heç bir əlamət yoxdur. O, həmçinin əlavə edib ki, hücuma hazırlıq məqsədilə heç bir hərbi və ya texnika hərəkəti qeydə alınmayıb.

Seçilən
25
publika.az

1Mənbələr