AZ

Ağdamda “Mercedes” piyadanı vurdu

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdam rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Quzanlı–Əfətli avtomobil yolunun Quzanlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili piyadanı vurub.

Xəsarət alan şəxs Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
4
lent.az

5Mənbələr