Moskvadan İrəvana uçan təyyarədə yanğın baş verib.
"Ölkə.az" xəbər verir ki, " Shot" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, əl çantası uçuş zamanı alovlanıb.
FlyOne Armenia şirkətinin 3F324 reysi İrəvana yaxınlaşarkən sərnişinin şəxsi əşyaları olan çantası alovlanıb.
Şahidlərin sözlərinə görə, stüardessalar alovu söndürmək üçün üç yanğınsöndürəndən istifadə edərək qısa zamanda yanğının qarşısını alıblar.
İlkin məlumatlara görə, çantadakı "poverbank" alovlanıb. Hadisənin təfərrüatları araşdırılır.
Təyyarə Ermənistan paytaxtına təhlükəsiz şəkildə eniş edib.
Elvin
Ölkə.az