AZ

Müharibə Yenidən BAŞLAYIR – İsrail hücuma hazırlaşır

HƏMAS-ın silahsızlanmaqdan imtina etməsi fonunda İsrail ordusu Qəzza sektorunda yeni quru əməliyyatı planı hazırlayıb.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” İsrail və ərəb mənbələrinə istinadən yazır.

Eyni zamanda, HƏMAS müharibə zamanı itirdiyi hərbi potensialı bərpa etməyə çalışır.

Nəşrin məlumatına görə, buna zədələnmiş tunel infrastrukturunun təmiri də daxildir. Bildirilir ki, HƏMAS yeni maliyyə vəsaitləri əldə edib və bu da hərəkatın üzvlərinə müntəzəm ödənişlərin bərpasına imkan verib.

Qəzet həmçinin qeyd edir ki, HƏMAS Qəzza sektorundan kənarda yeni komandirin seçilməsindən sonra silahsızlanma məsələsində mövqeyini dəyişə bilər. Namizədlər arasında silahsızlanmaya qarşı çıxan Xəlil əl-Həyya ilə yanaşı, daha mülayim mövqeyi ilə tanınan Xalid Məşəl də var./müsavat.com

Seçilən
58
2
konkret.az

3Mənbələr