AZ

Otuz nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada azı dörd nəfər ölüb

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Cənubi Koreyada sürət magistralında təxminən 30 avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı dörd nəfər həlak olub.

Avtosfer.az bu barədə yerli "YTN News" telekanalına istinadən xəbər verir.

İlkin məlumata görə, qəzaya yük avtomobili səbəb olub. Sürücü hələlik müəyyən edilməmiş səbəbdən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı maneəyə çırpılıb.

Bundan sonra həmin hissədə 30-a yaxın avtomobil toqquşub, hadisə nəticəsində dörd nəfər həyatını itirib. Ölənlərin sayının artacağı istisna edilmir.

Yol-nəqliyyat hadisəsi səbəbindən magistralda uzun tıxac yaranıb.

Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyir, baş vermiş hadisənin təfərrüatları araşdırılır.

Oxunub 50

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
avtosfer.az

1Mənbələr