AZ

Avropalı axmaq, müharibə istəyir... Medvedyev

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropanı idarə edən axmaqlar Avropada müharibə istəyirlər. Min dəfə deyilib: Rusiya Ukraynada heç bir Avropa və ya NATO qoşununu qəbul etməyəcək, amma yox, Makron bu acınacaqlı cəfəngiyyatı yaymağa davam edir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev sosial şəbəkə hesabında bildirib.

O, öz paylaşımına Ukrayna ərazisinə "Oreşnik"lə endirilən zərbənin videosunu əlavə edib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ölkə parlamentindəki siyasi qüvvələrə beynəlxalq qüvvələrin tərkibində Ukraynaya təxminən 6000 fransız əsgərin yerləşdirilməsi planını təqdim edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
axar.az

1Mənbələr