AZ

“Çelsi”nin sabiq futbolçusundan ŞOK AÇIQLAMA

“Çelsi”nin yetirməsi və Belçikanın gənclər millisinin sabiq futbolçusu Lamişa Musonda yaxın günlərdə həyatını itirə biləcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, belçikalı futbolçu bu barədə sosial şəbəkə hesablarında yazıb.

“Həyat eniş və yoxuşlardan ibarətdir və yaşadığınız ağrını heç kim tam anlamır. Son iki il mənim üçün xüsusilə ağır və tükəndirici olub. Böyük kədərlə bildirirəm ki, səhhətimi bərpa etmək uğrunda mübarizə aparıram, sosial şəbəkələrdə uzun müddət görünməməyimin səbəbi də budur. Reallıqla üzləşməli oldum. Sağlamlıq vəziyyətim kritikdir və hazırda həyatım uğrunda mübarizə aparıram. Bu dövrdə sizin dəstəyiniz və dualarınız mənim üçün çox dəyərlidir. Ailəm və mən mübarizə aparırıq və son nəfəsimə qədər təslim olmayacağam.

Bir neçə gün ömrüm qaldığını anlayaraq, yanımda olan insanların nə qədər möhtəşəm olduğunu dərk edirəm. Həyat çətindir, amma ətrafdakılar çox gözəldir. Xatirələrin qədrini bilin.

Hamınızı sevirəm”, – deyə Musonda yazıb.

Seçilən
67
publika.az

1Mənbələr