İstiqlalçı deputat, uzun müddət müxtəlif rayonlarda polis rəisi vəzifəsində çalışmış, əslən Naxçıvan MR Şərur rayonunun Oğlanqala kəndindən olan Allahverdi Həsənov bu gün vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə mərhumun həmkəndliləri bildiriblər.
Allahverdi Həsənov 90-cı illərdə Şərur rayonunun polis rəisi olub. Bu, ermənilərin Naxçıvana aramsız silahlı hücumlar etdiyi dövrə təsadüf edib.
Allahverdi Həsənov Azərbaycan Sli Sovetinin deputatı olub. O, Azərbaycanın istiqlaliyyətinə səs vermiş millət vəkillərindən biri olub.
Allah rəhmət eləsin!