AZ

2025 ci ildə Britaniyada rekord sayda İncil satılıb

Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2025-ci ildə Böyük Britaniyada təxminən 6,3 milyon İncil satılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” “SPCK Qrup” nəşriyyatına istinadən məlumat yayıb.

Bildirilib ki, rekord satışlar 2019-cu illə müqayisədə 134% artıb. Bundan əlavə, kilsəyə gedənlərin sayı 2018-ci illə müqayisədə 50% artıb.

Nəşr qeyd edib ki, bu artım əsasən gənclərin hesabına baş verib. İngiltərə və Uelsdə 18-24 yaşlıların yalnız 4%-i 2018-ci ildə aylıq kilsəyə gedirdisə, bu rəqəm 2024-cü ildə 16%-ə yüksəlib.

“SPCK Qrup”nun icraçı direktoru Sem Riçardson bildirib ki, əvvəllər ateizm üsyankar davranış kimi qəbul edilirdi. İndi isə əksinədir. Gənc nəsil xristianlığı tətbiq etməkdə daha çox maraqlıdır. Riçardsonun sözlərinə görə, gənclər qlobal siyasi və sosial dəyişikliklər və süni intellektin inkişafı fonunda dinə maraq göstəriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
yeniavaz.com

1Mənbələr