"Təqvim ilinə inamlı qələbə ilə başladığımız üçün məmnunuq". 

Offsideplus.az xəbər verir ki, bu sözləri ABL-nin XII turunda "Şəki" üzərində qələbədən sonra "Neftçi"nin baş məşqçisi Vitali Stepanovski söyləyib. O, matç barədə bu sözləri deyib:

"Hamını qələbə münasibətilə təbrik edirəm! Oyunçularımız bu oyuna da həmişəki kimi xüsusi önəm verərək çıxdılar və buna görə onlara təşəkkür etmək istəyirəm. İkinci hissədə bəzi xırda boşluqlar verdik, amma bu  da oyunun bir hissəsidir və belə hallar olur. Uzun fasilədən sonra Devonte Qrinin yenidən komandaya qoşulmasına çox şadıq və o, tədricən formasını bərpa edir. Yolumuza davam edirik".

Qeyd edək ki, "Neftçi" - "Şəki" oyunu 82:60 hesablı "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb.