AZ

"Dostlarımın corabını da yuyaram"

Müğənni Şöhrət Məmmədov maraqlı etirafı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, dostlarına olan bağlılığını vurğulayaraq bildirib ki, hətta onların corablarını belə yuyar:

"Dostlarım mənim üçün o qədər qiymətlidirlər ki, onların hər şeyi mənim üçün önəmlidir. Dostlarımın corabını da yuyaram. Mən çox sadiqəm. Məsələn, Üzeyirin mahnılarının baxış sayına görə yox, eyni nəticələr məndə də olub.

Zamanında Üzeyir kimi baxış toplayan olmamışdı, amma mən dostlarımla onların şəxiyyətinə görə dostluq edirəm. Bizim sözümüz tutur, təmənnasız dostluğumuz var".

Şöhrət Məmmədovun bu sözləri sosial mediada müzakirələrə səbəb olub və sənətçinin dostlarına qarşı sadiqliyi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Musa
Milli.Az

Seçilən
69
1
milli.az

2Mənbələr