AZ

Ağır yol qəzaları iki nəfərin həyatına son qoyduVİDEO

Neftçalada avtomobilin kanala aşması nəticəsində sürücü ölüb.

Xezerxeber.az-ın məlumatına görə, dumanlı havada avtomobil yoldan çıxaraq kanala aşıb, nəticədə köməksiz vəziyyətdə qalan 73 yaşlı sürücü ölüb.

Hadisə Neftçala rayonunun Qırmızıkənd kəndi ərazisində baş verib.

Yaşar Kərimov idarə etdiyi "Toyota" markalı avtomobillə su kanalı üzərindəki körpüdən keçmək istəyərkən havanın qaranlıq olması, eləcə də qatı duman səbəbindən yol şəraitini düzgün qiymətləndirə bilməyib və nəticədə avtomobil yoldan çıxaraq kanala aşdığı üçün ölüb.   

Qəzada ölən şəxs bölgənin tanınmış həkimlərindən olub. Yaşar Kərimov əvvəllər Salyan rayonunun Şorsulu kənd əsəb-dispanser xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Baş Dövlət Yol Polisi İdarəsi də həmin hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, dumanlı hava yolda məhdudiyyətli görünməyə səbəb olduğu üçün təhlükəsizlik baxımından əlverişsiz hesab edilir: “Təəssüf ki, bir sıra hallarda sürücülərin bu xüsusda verilən tövsiyələrə əməl etməməsi sonda xoşagəlməz nəticələrə gətirib çıxarır”. İdarə sürücülərə müraciət edərək, onları dumanlı-çiskinli havalarda daha da diqqətli olmağa çağırır.

Bundan başqa, Tərtərdəki qəza da ölümlə nəticələnib.

Gecə saatlarında Taleh Quliyevin sükanı arxasında olduğu minik avtomobili traktorun kotanına çırpılıb.

Nəticədə sürücü Taleh Quliyev aldığı xəsarətlərdən həyatını itirib. 

Hər qəza ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
26
xezerxeber.az

1Mənbələr