AZ

Moskva-İrəvan reysində yanğın

Moskva–İrəvan marşrutu üzrə uçan təyyarənin göyərtəsində əl yükü alovlanıb.

Publika.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, "FlyOne Armenia" aviaşirkətinin 3F324 saylı reysinin sərnişinlərindən birinə məxsus şəxsi əşyaların olduğu çanta enişə az qalmış alışıb.

Şahidlərin sözlərinə görə, bələdçilər operativ şəkildə müdaxilə edərək alovu üç ədəd yanğınsöndürən vasitəsilə söndürüblər. Hadisə nəticəsində xəsarət alan olmayıb və təyyarə İrəvanda təhlükəsiz şəkildə eniş edib.

İlkin məlumata əsasən, çantada yerləşən portativ enerji yığma qurğusu (powerbank) alışıb.

Seçilən
101
publika.az

1Mənbələr