AZ

Real bu kluba uduzsaydı Alonso qovulacaqmış

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Real Madrid”in İspaniya Superkubokundakı son oyunu baş məşqçi Xabi Alonso üçün həlledici olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, söhbət yanvarın 8-də “Real”ın öz evində 2:1 hesabı ilə qələbə qazandığı “Atletiko Madrid”lə qarşılaşmadan gedir.

Məlumata görə, əgər “Real Madrid” həmin oyunda məğlub olsaydı, Alonsonun vəzifəsində qalmaq üçün heç bir şansı olmayacaqdı. “Atletiko Madrid” üzərində qələbədən sonra komanda üçün vəziyyət xeyli yaxşılaşıb. İndi “Real Madrid” İspaniya Superkubokunun finalında “Barselona” ilə qarşılaşacaq. “Barselona” turnirin yarımfinal mərhələsində “Atletik Bilbao”nu məğlub edib.

İspaniya Superkubokunun final oyunu yanvarın 11-nə planlaşdırılıb və Səudiyyə Ərəbistanının Ciddə şəhərində, “King Abdullah Sports City” stadionunda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
lent.az

1Mənbələr