Ucar rayonunda şəhərdaxili və kəndləri əhatə edən marşrut xətlərinin olmaması sakinlərin gündəlik həyatında ciddi problemlər yaradır. Xüsusilə ucqar ərazilərdə yaşayan vətəndaşlar məktəbə, xəstəxanaya və bazara getməkdə böyük çətinlik çəkirlər.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, rayonda ictimai nəqliyyat demək olar, fəaliyyət göstərmir. Məcbur qalıb taksi xidmətlərindən istifadə edirlər.
Bu problem xüsusilə yaşlılar, məktəblilər və aztəminatlı ailələr üçün ciddi çətinlik yaradır. Rayon sakinləri aidiyyəti qurumlara Ucarda marşrut xətlərinin bərpasını və ya avtobus marşrutlarının yaradılmasını xahiş edirlər.
Məsələ ilə bağlı Ucar şəhər bələdiyyəsinin sədri Əkbər Məhərrəmov “Xəzər Xəbər”ə şifahi açıqlamasında bildirib ki, yaxın gələcəkdə Ucar rayonunda şəhərdaxili marşrut xətlərinin bərpası, eyni zamanda, avtobus dayanacaqlarının təmiri və yenilənməsi nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.