"Bavariya" "Herta"nın 16 yaşlı yarımmüdafiəçisi Kennet Eyxhornu transfer etmək istəyir.
QOL.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Münhen təmsilçisi gənc futbolçunu qarşıdan gələn yay transfer etməyi düşünür. Eyxhorn "Bavariya"nın əsas hədəfinə çevrilib. Klub onunla uzunmüddətli müqavilə imzalamaq istəyir.
Baş məşqçi Vinsent Kompani də daxil olmaqla, klub rəhbərliyi oyunçunun potensialını yüksək qiymətləndirir və onun transferini dəstəkləyir.
Yarımmüdafiəçi uğrunda rəqabətin gərgin olacağı gözlənilir.
Qeyd edək ki, Eyxhorn artıq "Herta"nın əsas komandasında Almaniya kuboku matçında "Kayzerslautern"ə qarşı qol vuraraq fərqlənib.