AZ

“Mançester Yunayted” Ançelottini baş məşqçi postu üçün nəzərdən keçirir

“Mançester Yunayted” klubu yeni baş məşqçi postu üçün italiyalı mütəxəssis Karlo Ançelottinin namizədliyini dəyərləndirir.

90deqiqe.Az-ın "The Mirror"a istinadən məlumatına görə, "mankunianlar"ın qısa siyahısında Tomas Tuxel və Maurisio Poçettino da yer alır.

Mənbə bildirir ki, “qırmızı şeytanlar”ın gələn həftə müvəqqəti baş məşqçinin təyinatını açıqlaması, yay aylarında isə daimi baş məşqçi ilə bağlı qərar verməsi gözlənilir.

Qeyd edək ki, 66 yaşlı Karlo Ançelotti 2025-ci ilin may ayından etibarən Braziliya millisinin baş məşqçisi vəzifəsini icra edir. Onun milli komanda ilə müqaviləsi 2026-cı ildə keçiriləcək dünya çempionatınadək qüvvədədir.

Xatırladaq ki, yanvarın 5-də “Mançester Yunayted” Ruben Amorimlə əməkdaşlığın dayandırıldığını açıqlayıb. İngiltərə Premyer Liqasında 21 turdan sonra Mançester təmsilçisi 32 xal toplayaraq turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Seçilən
16
90deqiqe.az

1Mənbələr