AZ

Rza Pəhləvi İranda hakimiyyəti ələ keçirməyə çağırdı- Ordu küçələrə çıxacağını bəyan etdi

İran ordusu ölkəni bürüyən kütləvi etirazların yatırmağa hazır olduğunu açıqlayıb.

AzPost bildirir ki, bu barədə WSJ nşri xəbər verir. Hərbçilər milli maraqları, strateji infrastrukturu və dövlət əmlakını qətiyyətlə müdafiə edəcəyini bildirib və iğtişaşlara görə İsraili və terrorçu qrupları günahlandırıblar.

Media xəbərlərinə görə, Tehranda etirazçılar məscidi yandırıblar. İranın bir neçə şəhərində hakimiyyət orqanları etirazçılara atəş açıblar. Təsdiqlənməmiş məlumatlara görə, paytaxtdakı altı xəstəxananın morqlarında 217 nəfərin cəsədi var. Etirazlar ölkə daxilində yayılıb.

İranın devrilmiş Şahının oğlu Rza Pəhləvi isə etiraz edən iranlıları ölkədə hakimiyyəti zorla ələ keçirməyə çağırıb. “Məqsədimiz yalnız küçələrə çıxmaq deyil; məqsədimiz şəhər mərkəzlərini ələ keçirməyə və saxlamağa hazırlaşmaqdır”, – deyə o bildirib.

Rza Pəhləvi İranda ümumi tətil çağırışı edib. “İqtisadiyyatın əsas sektorlarının işçilərini və qulluqçularını ümumi tətilə başlamağa çağırıram”, – deyə o bildirib.

AzPost.az

Seçilən
29
1
azpost.info

2Mənbələr