AZ

“Bavariya” 16 yaşlı yarımmüdafiəçi üçün hərəkətə keçdi

Almaniyanın “Bavariya” klubu “Herta”nın yarımmüdafiəçisi Kennet Eyhornun transferi istiqamətində səylərini artırıb.

90deqiqe.Az-ın məlumatına görə, Münhen təmsilçisi 16 yaşlı futbolçunun bu yay heyətə cəlb olunması variantını nəzərdən keçirir.

Eyhorn “Bavariya”nın hədəflərindən biridir və klub onu yarımmüdafiə xəttinin uzunmüddətli gücləndirilməsi kimi qiymətləndirir.

Klub rəhbərliyi, o cümlədən baş məşqçi Vensan Kompani gənc futbolçunun perspektivlərini yüksək dəyərləndirir və transferini dəstəkləyir. Eyhorn “Bavariya”nın qısa siyahısında yer alan digər istedadlı yarımmüdafiəçi — “Anderlext”dən Natan De Kat ilə yanaşı qeyd olunur. Lakin futbolçunun gələcəyi ilə bağlı yekun qərarı hələ verilməyib.

Gənc yarımmüdafiəçi uğrunda mübarizənin ciddi olacaq. Belə ki, “Bavariya”nın Almaniya daxilində əsas rəqibləri “Leypsiq” və “Borussiya”dır. Mövcud məlumata əsasən, Eyhornun “Herta” ilə müqaviləsində 10–12 milyon avro məbləğində sərbəstqalma bəndi yer alır.

Qeyd edək ki, gənc futbolçu artıq “Herta”nın əsas komandasında da diqqət çəkib və Almaniya Kubokunda “Kayzerslautern”lə matçda fərqlənərək qol vurub.

Seçilən
23
90deqiqe.az

1Mənbələr