Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İran ordusu ölkədəki etirazlar və son zamanlar artan zorakılıqla bağlı bəyanat yayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat verib.
Bəyanatda İran xalqı arasında birlik və həmrəyliyin vacibliyi vurğulanıb və İran ordusunun digər silahlı qüvvələrlə birlikdə “milli maraqları, strateji infrastrukturu və ictimai əmlakı güclü şəkildə qoruyacağı” mesajı çatdırılıb.
“Bu gün düşmən müxtəlif taktikalarla ictimai asayişi pozaraq ölkədə təhlükəsiz olmayan bir mühit yaratmağa çalışır. 12 günlük müharibədə əlləri uşaqların qanına batmış düşmən İran xalqını qorumaq bəhanəsi ilə yeni nifaq salmağa çalışır”, - deyə bəyanatda deyilir.
İranda yerli valyutanın xarici valyutalara qarşı yüksək devalvasiyası və iqtisadi problemlər səbəbindən 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb.
Etirazlarda ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verilməsə də, İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) 9 yanvarda (etirazların 13-cü günü) dərc etdiyi hesabatda 15 təhlükəsizlik işçisi də daxil olmaqla 65 nəfərin həyatını itirdiyini, onlarla insanın yaralandığını və 2311 nəfərin saxlanıldığını bildirib.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.