
Moldova Prezidenti Maya Sandu İrandakı etirazlarla bağlı şərh verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə bövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.
O, Moldovanın həmrəylik nümayiş etdirdiyini və İran xalqının azadlıq uğrunda mübarizəsindəki cəsarətini yüksək qiymətləndirdiyini bildirib:
“Mən azadlıq, ləyaqət və demokratik seçim uğrunda səslərini ucaldan cəsur İran xalqı barədə düşünürəm. Onların öz gələcəyini formalaşdırmaq əzmi sərhədlərindən çox kənarda əks-səda doğurur. Moldova həmrəyliyini ifadə edir”.