AZ

Üçqat Olimpiya çempionu helikopter pilotu oldu

Üçqat Olimpiya çempionu olan isveçli Markus Hellner peşəkar karyerasını başa vurduqdan sonra özünü biznes sahəsində tapıb

Publika.az xəbər verir ki, keçmiş xizəkçi yerli mətbuata açıqlamasında hazırda geyim brendinin yaradıcısı, eyni zamanda helikopter pilotu olduğunu bildirib.

“Bu, yeni bir həyatdır. İndi helikopter idarə edirəm və geyim xəttinə rəhbərlik edirəm”, – deyə Hellner qeyd edib.

O, pilotluq hüququnu nə vaxt əldə etdiyini açıqlamayıb. 2024-cü ildə təsis edilən “Hellner” adlı idman geyimi brendi qısa müddətdə kifayət qədər uğurlu startap kimi tanınıb.

Seçilən
68
34
publika.az

10Mənbələr