AZ

Balotelli ilk dəfə Avropadan kənar klubla anlaşdı

BAKI, 10 yanvar. TELEQRAF

İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli karyerasını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirəcək

Teleqraf insayder Nikilo Skiraya istinadən xəbər verir ki, 35 yaşlı futbolçu “Əl-İttifak” klubu ilə 2028-ci ilə qədər müqavilə imzalayacaq.
Beləliklə, italyan futbolçu karyerasında ilk dəfə Avropadan kənarda çıxış edəcək.

Qeyd edək ki, Balotellinin son komandası isə İtaliyanın “Cenoa” klubu olub, onu 2025-ci ilin yayında azad agent kimi tərk edib. O, karyerası ərzində“Mançester Siti”, “İnter” və “Adana Demirspor” kimi klublarda forma geyinib.

Seçilən
65
teleqraf.com

1Mənbələr