"Mançester Siti"nin hücumçusu Erlinq Holand ölkəsi Norveçdə ötən ilin ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, 25 yaşlı futbolçu bu mükafatı ardıcıl 6-cı dəfə qazanıb.
Bu ada layiq görülən sonuncu başqa oyunçu 2019-cu ildə Martin Edeqor olub.
Holand 2025-ci ildə "Mançester Siti" forması ilə meydana çıxdığı 49 matçda 42 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "9 nömrə" Norveç millisinin heyətində iştirak etdiyi 10 matçda isə 17 qol və 2 assistlə diqqət mərkəzinə düşüb.