AZ

“Prezident və Media-2026” ictimaiyyət tərəfindən maraqla qarşılandı

Yanvarın 7-dən etibarən Naxçıvan Televiziyasında canlı yayımlanan “Prezident və Media-2026” adlı xüsusi layihə olan xəbər marafonu ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Publika.az xəbər verir ki, üç gün davam edən canlı efir marafonu çərçivəsində 30-a yaxın müsahib proqramın qonağı olub.

Hər gün saat 17:00-dan 19:00-dək yayımlanan xəbər marafonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi mühüm mesajlar ətraflı şəkildə müzakirə edilib.

Studiyaya dəvət olunan Ali Məclisin deputatları, politoloqlar, ekspertlər və tanınmış jurnalistlər, eyni zamanda efirə qoşulan Milli Məclisin deputatları Prezidentin çıxışında yer alan əsas məqamları təhlil edib, ölkənin daxili və xarici siyasəti ilə bağlı aktual mövzulara aydınlıq gətiriblər.

Marafon zamanı dövlət–media münasibətləri, informasiya təhlükəsizliyi, regional proseslər, beynəlxalq münasibətlər, eləcə də Azərbaycanın 2026-cı ilə qədər olan inkişaf strategiyası diqqət mərkəzində saxlanılıb. Canlı debat və şərhlər tamaşaçılara baş verən prosesləri daha dərindən anlamaq imkanı yaradıb.

Seçilən
144
4
publika.az

10Mənbələr