AZ

Liverpul 16 il əvvəlki antirekordu yenilədi

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Liverpul" İngiltərə Premyer Liqasının XXI turunda "Arsenal" ilə heç-heçə (0-0) etdi və bununla da klubun İngiltərə PL matçında qapıya zərbələr statistikasında 16 il əvvəlki ən aşağı rekordu yeniləyib.

Oxu.Az xəbər verir ki, bu barədə "Opta Analyst" portalı məlumat verib.

Mənbəyə görə, bu matç təxminən 16 il ərzində (2010-cu ilin martından bəri) "Liverpul"un İngiltərə Premyer Liqası matçında qapıya zərbə vura bilmədiyi ilk oyundur. "Uiqan" ilə (0-1) keçirilən həmin matçda da komanda qapıya heç bir zərbə endirə bilməyib.

"Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində dördüncü yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
1
oxu.az

2Mənbələr