AZ

Hələbdə terror təşkilatının nəzarəti altında olan son məhəllə azad edilib

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Suriya ordusu Hələbdə YPG (Xalq Qoruma Dəstələri) terror təşkilatı tərəfindən işğal edilmiş son məhəllənin azad edildiyini elan etdi. YPG tərəfindən nəzarət edilən ərazilərdə canlı qalxan kimi saxlanılan çoxsaylı mülki şəxslər xilas edildikdən sonra Hələbdən təhlükəsiz şəkildə təxliyə edilib.

Bizimyol.info xəbər verir ki, ordunun yazılı açıqlamasında şəhərin tam nəzarətinin qurulduğu və YPG nəzarəti altında olan son məhəllənin azad edildiyi qeyd edilib.

Lakin, əhali arasında gizlənən terrorçu elementlərin mövcudluğunun davam etdiyini əsas gətirərək, mülki şəxslərə evlərində qalmaları və çölə çıxmamaları tövsiyə edilib.

“Mülki əhalimizi evlərində qalmağa və çölə çıxmamağa çağırırıq. Çünki SDF və PKK terror təşkilatlarının elementləri xalq arasında gizlənməyə davam edir”, - deyə bəyanatda bildirilir.

Fövqəladə hallar və ya terrorçu elementlər aşkar edildikdə, mülki şəxslərin məhəllədəki hərbi qüvvələrlə əlaqə saxlaya biləcəyi bildirilib.

Qey edək ki, Suriya ordusu Şeyx Maqsud məhəlləsindən təxminən 200 nəfəri təxliyə edərək onların təhlükəsiz şəkildə getməsini təmin edib. "Mülki şəxslərin günlərlə terrorçular tərəfindən zorla saxlanıldığı bildirilib. Təhlükəsizlik qüvvələri həssas bir əməliyyatla mülki şəxsləri tapıb və təxminən 200 nəfəri azad edib", - deyə "TRT Haber"in verdiyi xəbərdə bildirilib.

Suriya dövlət televiziyası "Əl-İxbariyyə"nin hərbi mənbəyə istinadən verdiyi məlumata görə, təxliyədən sonra YPG elementləri vilayətin şərqindəki Deyr Hafir bölgəsindən buraxılan dronlarla Hələbin bəzi məhəllələrini hədəfə alıb. Qeyd edilib ki, Suriya ordusu bu dronları ələ keçirib və hücumun qarşısını alıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
bizimyol.info

1Mənbələr