AZ

Bakıda ticarət obyektlərindən və evdən oğurluq edən şəxslər saxlanılıblar

Bakı, 10 yanvar, AZƏRTAC

Paytaxt Bakının Qaradağ rayonunda yerləşən ticarət mərkəzindən və marketlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 27 yaşlı F. Rəsulov, A. Səfərov və 43 yaşlı A.Tağıyev müəyyən edilərək saxlanılıblar.

Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakinlərindən biri isə evindən oğurluq edilməsi barədə polisə müraciət edib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı T. Babayev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq psixotrop madda metamfetamin da aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Seçilən
62
5
azertag.az

6Mənbələr