AZ

''Qalatasaray''ın sabiq üzvü İkardini təriflədi

''Qalatasaray''da cəmi bir mövsüm oynamasına baxmayaraq iz buraxmağı bacaran Mario Jardel adını klub tarixinə qızıl hərflərlə yazdırmağa çox yaxın olan Mauro İkardini tərifləyib.

"Football-plus.az" xəbər verir ki, argentinalı hücumçunun aktivində 71 qol var. O, daha bir dəfə fərqlənəcəyi təqdirdə ''Cim-Bom'' tarixinin ən məhsuldar əcnəbi futbolçusu olan Georgi Hacinin rekordunu təkrarlayacaq.

Hazırda 52 yaşı olan braziliyalı Jardel bunları deyib:
''Türkiyə çempionatını imkan düşdükcə təqib edirəm. Çempionatda oyunundan ən çox zövq aldığım futbolçu İkardidi. Onu böyük heyranlıqla təqib edirəm. ''Qalatasaray''da mühüm işlər görür. Məncə, İkardi superliqanın yeni səviyyəyə qaldırmağı bacarır''.
Ötən mövsümün böyük hissəsini ağır zədə üzündən boşa verən və son vaxtlar Viktor Osimhenin kölgəsində qalan İkardinin bu mövsüm 24 rəsmi oyunda 10 qol vurduğunu bildirək.
Seçilən
37
1
football-plus.az

2Mənbələr